bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hoteldə arvadını bıçaqlayan şəxsə hökm oxunub

14-11-2022, 17:20 31 dəfə baxılıb

Hoteldə arvadını bıçaqlayan şəxsə hökm oxunub




Bakıda hoteldə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Tərlan Abdullayev səkkiz il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən "Citadel” hotelində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb.

Daha sonra T.Abdullayev saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930