bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

17-11-2022, 11:00 31 dəfə baxılıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report”un məlumatına görə, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib.

Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb.

Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.

Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olub.

"Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti – 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930