bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Cari ildə doğum sayı 105 minə çatıb

23-11-2022, 14:39 31 dəfə baxılıb

Cari ildə doğum sayı 105 minə çatıb



Cari ildə 4 milyona yaxın notariat hərəkətləri aparılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə naziri, Məhkəmə, Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda dərc edilən məqaləsində qeyd edilib.

Belə ki, notariat hərəkətləri çərçivəsində 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. İnsanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb.

Nikahın sayı 52 mini ötüb, boşanmalar azalıb. Qeydə alınmış doğumun sayı 105 minə çatıb, ölüm faktları isə 20 faizədək enib.

Nazirliyin yaratdığı "Mobil notariat” tətbiqinin istifadəçilərinin sayı təxminən yarım milyona çatıb. Tətbiq vasitəsi ilə gündəlik 1 000-ə yaxın notariat əməliyyatları aparılır və onun ictimaiyyət üçün tələbli olması nəzərə alınaraq funksionallığı genişləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930