Bakı sakini istintaq təcridxanasında saxlanılan qohumuna narkotik keçirmək istəyib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Penitensiar Xidmətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məcid Nizami oğlu Əliyevə qohumu Bakı şəhər sakini Xosrov İsmayıl oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı oradakı gödəkcənin iç cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,312 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.