bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mərkəz sədri: “Sülhməramlı kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

14-12-2022, 13:19 20 dəfə baxılıb

Mərkəz sədri: “Sülhməramlı kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”
“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”.

Bu sözləri “Report”un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb:

“Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı sivil və əliyalın şəkildə bildiririk. Ancaq təəssüflər olsun ki, Rusiya sülhməramlıları dinc insanların qarşısına ağır hərbi texnikalarla çıxıblar. 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədiblər. Biz QHT-lər olaraq bu məsələnin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılması ilə bağlı bəyanat üzərində işləyirik.

Hesab edirəm ki, məsələ beynəlxalq ictimaiyyətin gündəminə gətirilməlidir. Rusiya sülhməramlıları sanki ermənilərə yardımçı və dəstəkçi missiyasını göstərirlər. Onlar mandatına uyğun fəaliyyət göstərmirlər. Biz Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik. Əks təqdirdə, bizim aksiyalarımız davam edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30