bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hulusi Akar: “Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq”

23-12-2022, 10:18 27 dəfə baxılıb

Hulusi Akar: “Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq”
“Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq”.

“Report”un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq”, - Akar qeyd edib.

Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30