bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk”

9-01-2022, 19:19 262 dəfə baxılıb

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk”
Dostlarımızı, qardaşlarımızı və müttəfiqlərimizi, xüsusilə Azərbaycan və Liviyanı dəstəkləyərkən dünyada sülhə tövhə veririk.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib.

Nazirin çıxışı müdafiə nazirliyi tərəfindən yayılıb.

O bildirib ki, tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik.

“Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər”, - deyə Akar qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031