Avstriya MN: “Rusiya üçün Qərbin enerji sistemlərinə haker hücumları hibrid müharibə vasitəsidir”
Avstriya hökuməti enerji resurslarının qıtlığı və onların qiymətlərinin artması səbəbindən mümkün elektrik kəsilməsinə intensiv şəkildə hazırlaşır.
Bunu Avstriyanın müdafiə naziri Klaudiya Tanner bildirib.
“Yaxın vaxtlarda Avropa İttifaqının bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi ehtimalı çox yüksəkdir. Məsələ elektrik kəsilməsinin olub-olmayacağı deyil, nə vaxt olacağıdır. Elektrik enerjisinin geniş miqyasda kəsilməsi riski Ukraynadakı müharibə nəticəsində yenidən artıb”, - müdafiə naziri bildirib.
Onun sözlərinə görə, Rusiya üçün Qərbin enerji sistemlərinə haker hücumları hibrid müharibə vasitəsidir.
“Biz bunun sadəcə bir nəzəriyyə olduğunu iddia etməməliyik. Biz Avstriyada və bütün vahid Avropada elektrik enerjisinin kəsilməsinə hazırlaşmalıyıq", - Tanner qeyd edib.