Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır! Ümummilli Lider Heydər Əliyev
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN
№ Q6-001-12 “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 4.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə, Bakı şəhəri
16 may 2012-ci il QƏRARININ
6.3.1. “dövlət texniki baxışı nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaq üçün müvafiq şəraitə malik regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində, müayinə mərkəzlərində həyata keçirilir”
bəndinə əsasən nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini həmin mərkəzlərdən birində texniki baxışdan keçirməlidirlər. Belə mərkəzlərdən biri də paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticarət Mərkəzinin yanı) son illərdə istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş “AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN DİAQNOSTİKA MƏRKƏZİ” dir. Mərkəz istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 №-li əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.
Sabitliyin hökm sürdüyü ölkəmizdə polisin fəaliyyəti, göstərdikləri əvəzsiz xidmətlər təqdirəlayiqdir. O cümlədən bizlər də bu mərkəzdə göstərilən xoş rəftara və xidmət səviyyəsinə görə polis müfəttişi
cənab Mehman Hüseynov və müəssisənin əməkdaşlarına çətin, eyni zamanda, şərəfli xidməti fəaliyyətlərində uğurlar diləyirik.
"Bizimlider.com" İnformasiya Xəbər Portalının şöbə müdiri: Kəmalə İsmayılova