31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.
Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun əziz həmvətənlərim!
İradə Şahbəddin qızı Qaracallı
"Bizimlider.com" İnformasiya Xəbər Portalının rəhbəri, yazıçı-publisist