bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bayramov ermənilərin Laçın yolunda qanunsuz fəaliyyətlərindən danışdı

12-01-2023, 12:10 13 dəfə baxılıb

Bayramov ermənilərin Laçın yolunda qanunsuz fəaliyyətlərindən danışdı



Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə bildirib.

Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib.

C.Bayramov həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə qarşı tərəfə məlumat verib. Bu xüsusda, Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi məmnunluqla vurğulanıb. Həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30