Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsi üzərində işləyir
Ukrayna və Rusiya irimiqyaslı məhbus mübadiləsi üzərində işləyir. Bu çərçivədə minə yaxın insan dəyişdirilə bilər.
Bunu Türkiyə Ombudsmanı Şeref Malkoç bildirib.
Onun sözlərinə görə, Türkiyənin Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda Ukrayna 800, Rusiya isə 200 nəfərlik siyahı təqdim etməklə, üç mərhələli plan razılaşdırılıb.
Türkiyənin təklifi qəbul olunarsa, İstanbulda yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaq və qadınların mübadiləsi üçün “humanitar dəhliz” yaradılacaq.
Xatırladaq ki, yanvarın 16-da Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı zamanı Ukrayna ilə Rusiya Federasiyası arasında əsirlərin mübadiləsi məsələsi də müzakirə olunub.