Paris və Berlin Ukrayna ilə bağlı QƏRAR VERDİ: "Birgə məsuliyyət daşıyırıq"
Almaniya və Fransa Rusiya imperializminin qələbəsinin qarşısını almaq üçün Ukraynanı dəstəkləməyə davam edəcəklər.
Publika.az xəbər verir ki, bunu bazar günü Parisdə Yelisey müqaviləsinin 60 illiyi münasibətilə keçirilən mərasimdə Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Prezident Putin imperiya məqsədləri güdür, o, sərhədləri güclə aşmaq istəyir. Ukraynalılar bunun üçün dəhşətli bədəl ödəyirlər. Amma Putin imperializmi qalib gəlməyəcək! Biz Ukraynanı nə qədər və nə zamana qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik”, - Almaniya hökumətinin başçısı söz verib.
Fransa lideri öz növbəsində bildirib ki, iki ölkə öz tərəfdaşları ilə birlikdə Ukraynaya kömək etmək və onun müdafiə qabiliyyətini gücləndirmək üçün gecə-gündüz çalışır.
“Fevralın 24-dən sonra Birliyimiz nə parçalandı, nə də öhdəliklərindən əl çəkdi... Biz Ukraynanı dəstəklədik, Rusiyaya qarşı sanksiyalar tətbiq etdik, bir neçə həftədən sonra Avropa Ukraynaya yardım göstərməyə başladı... Bizim əzmkar dəstəyimiz davam edəcək. Berlin və Paris Avropa birliyinin qorunması və möhkəmləndirilməsi üçün birgə məsuliyyət daşıyırlar”, - deyə Fransa prezident əlavə edib.
Makron qeyd edib ki, Yelisey müqaviləsinin hazırkı ildönümü xüsusi əhəmiyyət kəsb edir, çünki bu zaman Ukrayna Rusiyanın təcavüzünə cəsarətlə müqavimət göstərir. Avropa qitəsində humanist nizamın təhlükə altında olduğu bir vaxtda sülh və dialoq kimi anlayışların məhv edildiyi təcavüz. Avropa layihəsini gücləndirmək lazımdır.