bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb

24-01-2023, 13:20 12 dəfə baxılıb

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.

Bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib.

Qeyd olunub ki, təxribatçı addımlara görə, tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib:

“Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törədib və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd edib. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb”.

Bəyanatda əlavə olunub ki, Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930