Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 təyyarə reysi ləğv edilib
Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Moskva aeroportlarında 54 təyyarə reysi gecikib və ya ləğv edilib.
Belə ki, Şeremetyevo hava limanında 35 reys ləğv edilib, daha dörd təyyarənin reysi dəyişdirilib.
Vnukovoda üç reys gecikib, beş reys ləğv edilib.
Domodedovo hava limanında isə 10 reys gecikib, biri ləğv olunub.