bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ-ın sülh planı üzə çıxdı - Ukraynanın 20 faizi...

3-02-2023, 13:30 7 dəfə baxılıb

ABŞ-ın sülh planı üzə çıxdı - Ukraynanın 20 faizi...



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvarın ortalarında Ukrayna və Rusiyaya sülh planını təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb. Bildirilib ki, Amerika prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini Kiyevə və Moskvaya bu təkliflə göndərib: sülh müqabilində Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiya tərəfinə verilməsi.

Məqalədə qeyd olunub ki, hər iki tərəf oxşar qərardan imtina edib. NZZ həmçinin vurğulayıb ki, Almaniyanın xarici siyasət rəsmilərinin sözlərinə görə, Bayden Ukraynada uzun sürən müharibənin bitməsini istəyir.

Materialda o da əlavə olunub ki, yalnız Berns təklif olunan planla uğursuzluğa düçar olduqdan sonra Amerika prezidenti Abrams tanklarını Kiyevə vermək qərarına gəlib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30