bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi: Çox sayda ölən var

6-02-2023, 08:49 2 dəfə baxılıb


Suriyada, Livanda və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Ölkənin şimalında ən azı səkkiz nəfər həlak olub.

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031