bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

6-02-2023, 08:55 2 dəfə baxılıb


Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031