Türkiyə çempionatında çıxışını dayandıran klubların sayı üçə çatdı
Türkiyənin birinci liqasında çıxış edən “Adanaspor” zəlzələ ilə əlaqədar liqadan çəkildiyini açıqlayıb.
Bu barədə klub açıqlama yayıb.
“İdarə Heyətimiz tərəfindən verilən qərar nəticəsində ictimaiyyətə bildiririk ki, 2022-2023 mövsümünün qalan matçları mövcud şərtlərə görə davam etdirilə bilməz və buna görə də liqadan çəkilirik”, - açıqlamada vurğulanıb.
Xatırladaq ki, daha öncə ölkənin “Yeni Malatyaspor” və “Hatay” klubları çempionatda çıxışlarını dayandırdıqlarını elan etmişdilər.