bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyanın ən gözəl sözüdür "ANA"!

18-02-2023, 16:42 149 dəfə baxılıb


Nə bəxtəvərdir ata-anasını razı salan, xeyir-duasını alan övladlar. Ana qanadsız mələkdir. Göydə Allah, yerdə anadır insanı qoruyan. Allahdan sonra qarşısında səcdə edə biləcəyim yeganə varlıqdır ana.
Ayaqları altında cənnəti daşıyandır. Bütün dərdlərin, xəstəliyin şəfasıdır ana. Ən əsası bətnində 9 ay, qəlbində son nəfəsinə qədər övladını sevgi ilə saxlayandır.
Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi hiss yoxdur. Bəşər nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olub və indi də olmaqdadır. Ana haqqı-Tanrı haqqı, ana qucağı - behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.
Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm var. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında hamımız baş əyir, səcdə qılırıq.

Üzülərək bildirmək istəyirik ki, BDU-nun fiziki və kolloid kimya fakültəsinin dosenti, "Bizim lider" qəzetinin redaksiya heyətinin fəxri üzvü Səkinə Mirzəliyevanın anası Zəkiyyə Abbas qızı Eylazova vəfat etmişdir. Onun vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk!!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031