bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə prezidenti Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

21-02-2023, 10:05 0 dəfə baxılıb


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.

Dövlət başçısı zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib. “Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız”, - Ərdoğan görüş zamanı bildirib.

Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031