bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hansı binalardakı mənzillərə çıxarış verilməyəcək? - VİDEO

21-02-2023, 10:06 2 dəfə baxılıb


Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səbəb kimi tikintinin norma və qaydalara uyğun aparılmaması göstərilir.

Xezerxeber.az-ın məlumatına görə, hətta qardaş ölkədə ekspertlər də bu qənaətə gəliblər ki, tikinti aparılarkən kefiyyətə önəm verilməyib.

Bakıda da hər il yeni-yeni ünvanlarda yüzlərlə yaşayış binaları tikilir. Amma rəsmi olaraq onların bəziləri istisimara qəbul edilmədən tikinti şirkətləri tərəfindən sakinlərin istifadəsinə verilir.

Bəs burada yaşayanlar binanın kefiyyətli materiallardan tikilməsinə necə əmin ola bilərlər?

İstənilən yaşayış binası istisimara verilərkən onun tikinti norma və qaydalara uyğun aparılması yoxlanır.

Fövəqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binanın konsturuksiya layihəsinin olub-olmaması, kefiyyətli tikinti materiallarından istifadə edilib-edilməməsini yoxladıqdan sonra binanı istisimara qəbul edir. Amma bu gün istisimara verilmədən yeni tikilən binalarda yaşayanlar da var.

Tikinti eksperti Şirin Şərifov hesab edir ki, sakinlər binanın konsturuksiya layihəsini MTK-dan tələb edə bilərlər.

Ekspert deyir ki, bina tikintisi aparıldığı gündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hər mərtəbəarası, konsturuksiya layihəsi ilə binanın bünövrəsi, sütunları, orada istifadə edilən armaturların ölçüləri dəqiqliklə yoxlanır. Əgər parametrlər, konsturuksiya layihəsindəkinə uyğun gəlmirsə, növbəti mərtəbənin tikilməsinə icazə verilmir.

Şirin Şərifovun sözlərinə görə, paytaxda tikilən bəzi binalarda konsturuksiya layihəsinin olmaması sakinlərdə haqlı olaraq narahatlıq yaradır. O hesab edir ki, gələcəkdə bu tip binalar istisimara qəbul edilmədiyindən mənzil sahiblərinə də çıxarış verilməyəcək.

Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930