bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Moskvanın mərkəzində yaşayış binasında güclü yanğın: Ölənlər var

22-02-2023, 09:56 1 dəfə baxılıb


Rusiyada Moskvanın mərkəzində hotel və keçmiş yataqxananın yerləşdiyi binada baş verən yanğın nəticəsində 7 nəfər həlak olub.

Bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

Daha 11 nəfərin yaralandığı bildirilir.

Ölənlərdən ikisi uşaqdır. 11 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, iki nəfərə ambulator şəraitdə tibbi yardım göstərilib.

İlkin məlumata görə, 16 mərtəbəli binada axşam saatlarında yanğın baş verib. Burada birinci mərtəbədən dördüncü mərtəbəyə qədər hotel, yuxarıda isə yaşayış fonduna köçürülmüş keçmiş yataqxana yerləşir. Yanğın binanın mənzillərinin yerləşdiyi hissəsində başlayıb.

Yanğınsöndürənlər 50 nəfəri xilas edib, 200 nəfər təxliyə olunub.

Faktla bağlı cinayət işi başladılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031