Dövlət nümayəndəsi üçüncü dünya müharibəsinin başlama ehtimalından söz açdı
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland TASS-a müsahibəsində Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü dünya müharibəsinin başlanması ehtimalını dəyərləndirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton Rusiya ilə münaqişə etmək istəmir, sadəcə olaraq qoşunların Ukrayna ərazisindən çıxarılmasına nail olmağa çalışır.
O, bir daha vurğulayıb ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiya ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb və qeyd edib ki, Vaşinqton Moskva ilə qarşıdurma axtarmır. “Biz Rusiyanın Ukraynanı tərk etməsini istəyirik”, - o əlavə edib