Britaniya ukraynalı qaçqınlar üçün “Avroviziya”ya üç min bilet ayıracaq
Böyük Britaniyanın hakimiyyət orqanları ukraynalı qaçqınlara 2023-cü ildə Liverpulda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün təxminən üç min bilet vermək niyyətindədir.
Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, hökumət müsabiqədə Ukrayna mədəniyyətinin elementlərini təqdim etmək üçün on milyon funt sterlinq (11,9 milyon dollar) ayıracaq. Bu vəsait Liverpul Şəhər Şurası ilə Britaniyanın BBC Yayım Korporasiyası arasında Ukraynadan olan sənətçilərlə əməkdaşlığı gücləndirmək üçün istifadə olunacaq.