Böyük Britaniya Rusiyadan qaz idxalını dayandırdı
Böyük Britaniya yanvarın 1-dən Rusiyadan maye qaz idxalını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında deyilir: "Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın bütün idxalını dayandırıb", - məlumatda deyilir.
Ötən il ölkə ümumi LPG istehlakının 4%-ni idxal edib. Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Böyük Britaniya tədarüklərin sayını azaldıb