bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zəlzələdə dağılan binalara görə 188 nəfər HƏBS EDİLDİ

27-02-2023, 10:39 0 dəfə baxılıb





Türkiyədə zəlzələlərdən sonra səhlənkarlıq şübhəsi ilə 188 inşaatçı və podratçısı həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunur ki, ölkə hakimiyyəti yeraltı təkanlardan sonra binaların uçmasına səbəb ola biləcək şirkətlərin rəhbərliyi və işçiləri arasında 626 şübhəli şəxs müəyyən edib. Onlardan 188-i həbs edilib, 218-i məhkəmə baxışından sonra sərbəst buraxılıb.

Daha əvvəl 166 podratçı nəfərin həbs edildiyi bildirilirdi.

Dağıntının xarakterinə görə tikinti zamanı kritik səhvlərə yol verildiyi güman edilir. Bəzi çoxmərtəbəli binalar yan üstə çökdü, bunun səbəbi səhv hesablamalar, torpağın aşınması və ya dayaq strukturlarının sökülməsi ola bilər.

Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər qeydə alınıb. Fəlakət nəticəsində ölənlərin sayı 44 mini keçib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930