bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya MN: “50-yə yaxın əcnəbi vətəndaş Qarabağdan çıxarılıb”

27-02-2023, 10:45 0 dəfə baxılıb


Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları altısı uşaq olmaqla, 49 əcnəbi vətəndaşın Qarabağdan Ermənistan ərazisinə keçidini təmin ediblər.

Bu barədə bazar günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı (o cümlədən 6 uşağı) Qarabağ ərazisindən Ermənistan Respublikasına təxliyə edib”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi ötən sutka ərzində atəşkəs rejiminin pozulmadığını qeyd edib.

Nazirlik onu da aydınlaşdırıb ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı fəaliyyəti davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031