bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ və İngiltərə istəmir - Ərdoğanın onları görüşdürməsini

6-03-2023, 13:36 0 dəfə baxılıb





Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib ki, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsinin maksimum uzanmasında maraqlıdır.

Publika.az xəbər verir ki, bu iki ölkənin nümayəndələri Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş təşkil etmək cəhdlərinə qarşı çıxırlar.

Ç.Erhanın sözlərinə görə, Böyük Britaniya və ABŞ Putin və Zelenskinin Ərdoğanla görüşməsini istəmir. Digər məsələlərlə yanaşı, onlar üç ölkə liderinin “bir yerdə şəkil çəkdirməsini” istəmirlər.

“ABŞ və Böyük Britaniya mümkün qədər uzun müddət davam edən hərbi əməliyyatların aparılmasını istəyirlər, onlar ukraynalıların gələcəyini, dünyanın qalan hissəsini düşünmürlər”, - deyə Erhan bildirib.

O, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək üçün bir yol tapa biləcəyini vurğulayıb. Eyni zamanda, konkret nəticələrə nail olmaq son dərəcə vacib olduğunu deyib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30