Dövlətə xəyanət edən məmurlar ölüm cəzasına məhkum olunacaq
Belarus prezidenti Aleksandr Lukaşenko dövlət əleyhinə cinayətlərə görə məsuliyyətin gücləndirilməsi haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb. Qeyd olunub ki, sənəd dövlətə xəyanətə görə cinayət məsuliyyəti dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur. Vəzifəli şəxs və ya hərbçiyə belə cinayətə görə, müstəsna cəza tədbiri - ölüm cəzası tətbiq edilir.
Həmin qanun terrorizmi təbliğ etməyə, silahlı qüvvələri və digər hərbi birləşmələri, hərbiləşdirilmiş təşkilatları nüfuzdan salmağa, habelə dövlət sirrinin mühafizəsi tələblərini pozmağa görə cinayət məsuliyyətini də nəzərdə tutur.
Bundan başqa, dövlətə xəyanətdə, sui-qəsddə və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə digər məsələlərdə şübhəli bilinən şəxslərin həbs müddəti üç gündən on günə qədər artırılmasına qərar verilib