bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan zəlzələ qurbanları ilə bağlı son statistikanı AÇIQLADI

13-03-2023, 12:37 1 dəfə baxılıb


Zəlzələdən zərər çəkən Hatayda olan Prezident Rəcəb Tayyib Ərdoğan son təbii fəlakətlə bağlı açıqlamalar verib.

O, ölənlərin sayının 48 mini, yaralananların sayının isə 115 mini keçdiyini, 50 min binanın dağıldığı bildirib.

“Fəlakətin ən çox dağıntı və insan ölümünə səbəb olduğu vilayət Hataydır. Ölənlərin sayının 48 mini, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ikinci ölkə yoxdur”, - deyə Ərdoğan Hatayın Samandağ rayonunda Fəlakət Koordinasiya Mərkəzindəki çıxışında bəyan edib.

Dövlət başçısı fədakarlıq və qəhrəmanlıq göstərən bütün şəxslərə, ictimai təşkilatlara, könüllülərə, QHT-lərə və beynəlxalq komandalara özünün və xalqın adından təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031