bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İntihar edən məmurun atası: “Bazarlığa gedib, kəndir alıb və özünü asıb”

13-03-2023, 15:09 1 dəfə baxılıb





Ötən gün Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev ”Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini söyləyib:

“Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı”, - deyə o bildirib.

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031