bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya ŞƏRT QOYDU: "Taxıl müqaviləsi" uzadılır, amma..

14-03-2023, 09:58 0 dəfə baxılıb




Rusiya martın 18-də başa çatacaq "taxıl müqaviləsi"ni yalnız 60 günə uzatmağa razıdır".

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rusiyalı jurnalistlərə açıqlamasında deyib.

"Bizim gələcək mövqeyimiz kənd təsərrüfatı məhsullarının ixracının, o cümlədən bank ödənişləri, nəqliyyat logistikası, sığorta, maliyyə fəaliyyətinin dondurulmaması və "Togliatti Odessa" boru kəməri vasitəsilə ammiakın tədarükü istiqamətində sözdə deyil, əməldə real irəliləyişdən asılı olaraq müəyyənləşəcək", -Verşinin bildirib.

İyulda BMT və Türkiyənin vasitəçiliyi ilə Odessa vilayətinin limanlarından Ukrayna taxılının maneəsiz ixracına dair razılıq əldə olunub. Razılaşma, xüsusən, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasını ehtiva edirdi.

Martın 18-də taxıl müqaviləsi başa çatır. Bütün tərəflər onun fəaliyyətinin uzadılmasına razılıq verməsələr, əməliyyat avtomatik olaraq ləğv ediləcək. BMT və Türkiyə Rusiya Federasiyasını müqavilənin uzadılmasına razılıq verməyə çağırıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930