Saakaşvili PLANLARI AÇIQLADI: "Kiyevə qayıdanda Zelenskiyə..."
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə kömək etmək istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Saakaşvili Tbilisidə keçirilən mitinqlərə münasibət bildirib və Zelenskiyə mesaj göndərib:
"Mən sadəcə olaraq burada olduğum müddətdə sizə (red: mitinq iştirakşılarına) kömək etmək istəyirəm, əks halda Kiyevə qayıdanda Zelenskiyə kömək etməyə tamamilə can atacağam və bəlkə də Gürcüstana baxmağa belə vaxtım olmayacaq. Güc birlikdə, fəallıqdadır".
Saakaşvili həmçinin qeyd edib ki, özünü hələ də pis hiss edir və son sutkada iki dəfə huşunu itirib.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili daha əvvəl bildirmişdi ki, Tbilisi Avropa Parlamentinə Saakaşvilini həbsdən azad etməyə imkan verməyəcək, çünki o, bir çox ağır cinayətlər törədib və Gürcüstanda dövlət çevrilişi planlaşdırıb.