Gürcüstanın Baş naziri: “Saakaşvili özünü öldürmək hüququna sahibdir”
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixail Saakaşvilinin aclıq aksiyası ilə bağlı danışarkən bildirib ki, hər bir insan özünü öldürmək hüququna sahibdir.
“Qanunda yazılıb ki, insanın özünü öldürmək hüququ var. Əgər insan özünü öldürməyə qərar veribsə, o zaman bunu edə bilər, əlbəttə ki, dövlət bununla bağlı məsuliyyəti üzərinə götürməz”, - deyə hökumət başçısı qeyd edib.
O, həmçinin vurğulayıb ki, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya təhvil verilməsini gözləməyə dəyməz. Onun sözlərinə görə, bu hakimiyyətin ölkənin qanunlarına hörmət etmədiyi anlamına gələr.
Mənbə: Vestnik Kavkaza