Türkiyədə zəlzələdə həlak olanların sayı 48 448-ə çatdı
Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.
Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransı zamanı deyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub