bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

18-03-2023, 10:25 0 dəfə baxılıb




Rusiya qoşunları Ukraynaya hücumda, əsasən də Baxmutda hər gün 1500-ə qədər hərbçisini itirir.

Bunu adının açıqlanmasını istəməyən NATO-nun yüksək rütbəli rəsmisi bildirib.

“Rusiya indiki hücum zamanı əsasən Baxmutda hər gün 1200, 1300 və hətta 1500 hərbçisini itirir. Ölən və yaralananların nisbəti birə üçdür”, - deyə o bəyan edib.

NATO nümayəndəsi əlavə edib ki, Ukrayna gündə hər iki tərəfə “bir neçə min” mərminin atıldığı döyüşlərdə “nisbətən az itki” verir.

Rəsminin sözlərinə görə, Baxmut uğrunda döyüşün nə qədər davam edəcəyi hələ dəqiq deyil. Belə ki, “Ölüm zonası”na çevrilmiş çay kənarı şəhərdə cəbhə xətti boyu gərgin döyüşlər gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031