bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Podolyak: “Rusiya Ukraynada hər gün 800 - 1100 hərbçi itirir”

20-02-2023, 10:15 0 dəfə baxılıb


“Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Hərbi əməliyyatların planlaşdırılması, bununla bağlı hazırlıq keyfiyyətcə başqa mərhələdədir. Doğrudur, təminatla bağlı bəzi problemlər var. Qeyd edim ki, ilk növbədə 120 mm, 80 mm-lik mərmilər, sursatlar çatışmazlığı mövcuddur. Odur ki, əvvəlcə təminatla bağlı problemi həll etmək lazımdır”, - o deyib.

Podolyakın sözlərinə görə, Ukrayna ordusu bölmələrinin döyüş qabiliyyəti 6 ayla, 1 illə müqayisədə keyfiyyətcə çox fərqlidir: “Bizdən dəfələrlə çox olan qüvvənin qarşısını effektiv şəkildə alırıq. Məsələn, Luqansk, Uqledar, Liman, Baxmut və digər istiqamətlərdə sayca çox olan Rusiya hərbi qüvvələrinin. Həmin ərazilərdə effektiv, manevrli müdafiə xəttimiz var”.

"Resurs və vasitələrimizin az olmasına baxmayaraq, Ukrayna ordusu son 5-6 ayda çox güclənib. Rusiya ordusunun məhv edilən canlı qüvvəsinin, hərbi texnikasının sayı dəfələrlə artıb. Məsələn, müharibənin bu mərhələsinə qədər Rusiya hər gün 200-300 hərbçi itirirdisə, hazırda bu rəqəm orta hesabla 800 - 1100 hərbçidir. Bu, Ukrayna ordusunun döyüş qabiliyyətinin keyfiyyətinin göstəricisidir”, - Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930