Orqanlarını bağışlamaq istəyənlər üçün proqram hazırlanır
Orqanlarını bağışlamaq istəyənlər üçün proqram hazırlanır.
Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. Onun sözlərinə görə, vahid informasiya bazası fəaliyyət göstərəcək:
“Saytımız fəaliyyətə başladıqdan sonra “ASAN xidmət”ə giriş olacaq və oradakı formanı doldurduqdan sonra elektron donor kartı ala biləcəklər. Amma hələ ki, bu olmadığına görə müraciətləri özümüz qeydə alırıq”.