Ankarada şagird zəlzələdən zərərçəkən şəxsi qətlə yetirdi: Beş nəfəri yaraladı
Türkiyənin Ankara şəhərində məktəbdən uzaqlaşdırılan lisey şagirdi bıçaqla insanlara hücum edib.
Nəticədə bir şagird ölüb, 5 nəfər isə yaralanıb.
Narkotik aludəçisi olduğu iddia edilən 17 yaşlı şagird əvvəllər təhsil aldığı liseyin qarşısında ətrafdakı insanları narahat etməyə başlayıb.
Ankarada universitetdə oxuyan 22 yaşlı Fələstin vətəndaşı Ömərə “Sən məni söydün” deyərək hücum edib. “Mən səni tanımıram, niyə söyüm?”, - deyə Ömər cavab verib. Buna baxmayaraq, Ömər bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
Daha sonra hücum edən məktəbli narkotikin təsirindən öz üzərində idarəetməni tamamilə itirib. O, 4 nəfər 17 yaşlarında 11-ci sinif şagirdini və bir nəfər 17 yaşlı 10-cu sinif şagirdini bədəninin müxtəlif yerlərindən yaralayıb.
Narkotik aludəçisi olan şagird müəllim və valideynlər tərəfindən zərərsizləşdirilib və hadisə yerinə gələn polis qruplarına təhvil verilib.
Xəstəxanaya aparılan tələbələrdən Alperen Palta dünyasını dəyişib. Onun Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Ankaraya gəldiyi məlum olub.
Cinayətkar şagird isə həbs edilib.