bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Roma Papası keşişləri koronavirusa yoluxanları ziyarət etməyə çağırıb

10-03-2020, 16:15 111 dəfə baxılıb

Roma Papası keşişləri koronavirusa yoluxanları ziyarət etməyə çağırıb
Roma Papası Fransisk keşişləri koronavirusa tutulanları ziyarət etməyə çağırıb.
"Associated Press"in verdiyi xəbərə görə, Roma Papası bu barədə Vatikanda yaşadığı oteldən canlı yayımlanan çıxışı zamanı deyib.

Roma Papsı xəstələr, onlara qayğı göstərən həkimlər və tibb bacıları üçün dua edib. "Keşişlərimiz üçün də Rəbbə dua edək ki, onlar cəsarətli olsunlar və Allahın kəlamının gücünü xəstələrə çatdırsınlar, bu mübarizədə tibb işçiləri və könüllüləri müşayiət etsinlər", - Papa Fransisk deyib.

Xatırladaq ki, Roma Papasının kütlə qarşısında çıxışları dayandırılıb.

Qeyd edək ki, İtaliyada COVID-19-a yoluxanların və ölənlərin sayı artıb, hökumət bütün ölkədə karantin elan edib. Vatikanda da bir nəfərin COVID-19-a yoluxduğu aşkarlanıb və həmin şəxslə əlaqədə olmuş 5 nəfər karantinə alınıb.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30