bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çavuşoğlu Ermənistanın törətdiyi təxribatdan danışdı

14-04-2023, 11:09 1 dəfə baxılıb


“Təəssüf ki, Azərbaycanla Ermənistan arasında bugünlərdə yenidən gərginlik yaşanıb”.

Bunu “Habertürk” kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Qarabağa qanunsuz yollarla silah-sursat daşıdığını müəyyən edib.

“Son nəticədə bu gərginliyi bir kənara qoyaraq tez bir zamanda sülh sazişini imzalamaq vacibdir. Yeni yolların, dəhlizlərin inşası lazımdır”, - deyə nazir bəyan edib.

XİN rəhbəri İranın bölgədəki fəaliyyətinə və Zəngəzur dəhlizinin inşasındakı mövqeyinə də toxunub.

“Bu, İranın da, Ermənistanın da, hamımızın da xeyrinədir. Dəhliz birbaşa İrandan keçməsə də, onunla əlaqəli yollar qurula bilər. Keçmişdə Naxçıvanla İrandan keçəcək dəhlizin yaradılması planları da var idi. Əslində biz bunu da dəstəkləyirik. Çünki alternativ marşrutlar hər zaman olmalıdır. Tək yoldan asılı olmaq risklidir”, - Çavuşoğlu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930