bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrəvanda səhnədə Bayrağımızı yandıran budur

15-04-2023, 12:54 0 dəfə baxılıb




İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı gətirilərkən, bir erməni səhnəyə qaçaraq, Bayrağımızı təqdim edən qızın əlindən alıb və yandırıb.

Publika.az xəbər verir ki, həmin şəxsin Aram Nikolyan adlı erməni olduğu bildirilir.

Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub.

Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.

2013-cü ildən Ermənistan İctimai Televiziyanın baş stilisti vəzifəsində çalışır.

Qeyd edək ki, Bayrağımız yandırıldıqdan sonra yenisi ilə əvəzlənib və təkrar səhnəyə qaytarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031