bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Metronun “20 Yanvar” stansiyasında partlayış olduğunu deyən şəxs saxlandı

22-04-2023, 10:00 1 dəfə baxılıb


Metronun “20 Yanvar” stansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.

“Qafqazinfo”nun məlumatına görə, 32 yaşlı Aqil Vəliyev (ad və soyad şərti - red.) axşam saatlarında Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq metroda partlayışın olması barədə məlumat verib.
Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin isə Sumqayıtda yaşadığı müəyyən edilib. Polis əməkdaşları həmin ünvana gedərək Aqil Vəliyevi polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra vətəndaşı məcburi qaydada patrul maşınına əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda ortadərəcəli sərxoşluq vəziyyəti aşkar olunub. A.Vəliyev izahatında içkili olduğu üçün bu hərəkəti etdiyini deyib.

Aqil Vəliyev barəsində protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab olunub və A.Vəliyev 30 gün müddətinə həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930