bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Almaniya Rusiya diplomatlarını kütləvi şəkildə ölkədən çıxarır

22-04-2023, 10:00 1 dəfə baxılıb


Berlin Rusiyadan olan diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik qeyd edib ki, Moskva Almaniya diplomatlarına qarşı analoji tədbirlər görəcək.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı rusiyalı diplomatların kütləvi surətdə ölkədən çıxarılması ilə bağlı açıqlamalara dair zəmanətləri pozmaqda ittiham edib.

“Berlin Rusiya-Almaniya münasibətlərinin bütün kompleksini məhv etmək üzrə siyasət yürüdür”, - deyə nazirlikdən vurğulanıb.

Moskva artıq Almaniya səfirini Rusiyanın diplomatların ölkədən çıxarılmasına reaksiya verəcəyi barədə məlumatlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031