bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Son günlər yayılan virusdan necə qorunmalı?

27-04-2023, 11:24 0 dəfə baxılıb




Son günlər insanlar arasında yayılan soyuqdəymə uzun müddət sağalmaması ilə insan orqanizmini məhv edir. Bununla mübarizə aparmaq üçün immuniteti gücləndirmək vacibdir. Dərmanlarla yanaşı türkəçarə də edilməlidir.

Publika.az xəbər verir ki, soyuqdəymə, boğaz ağrısı zamanı aşağıdakıları etmək yaxşıdır:

Qaba 2 xörək qaşığı quru nanə və 1,5 stəkan su qoyun. Xırda doğranmış yarım limonun qabığı ilə birlikdə əlavə edib, qaynadın. Qaynadıqdan sonra süzün və isti halda için.

Bir çay qaşığı bal və bir çay qaşığı toz zəncəfili qarışdırıb yeyin.

Bir stəkan ilıq suya azca yod, soda və duz töküb boğazınızı qarqara edin. Bu, sizi boğaz ağrısından xilas edəcək.

1 stəkan ilıq südə 1 çay qaşığı və ya 1 xörək qaşığı bal əlavə edib, yaxşıca qarışdırın, üzərinə toz darçın səpib istehlak edin. Diqqət edilməli ən vacib məqam südün isti olmamasıdır.

Boğaz ağrısına adaçayı da yaxşıdır. Adaçayı həm də infeksiyaları öldürür.

Çox öskürürsünüzsə, biyan kökü qaynadıb için.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930