bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyada ərzaq qiymətləri son bir ildə ilk dəfə ötən ay bahalaşıb

6-05-2023, 16:29 0 dəfə baxılıb


Aprel ayında dünya bazarında ərzaq qiymətləri şəkər, ətin və düyünün bahalaşması fonunda son bir ildə ilk dəfə bahalaşıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında qeyd edilir.

Bu ilin aprel ayında ərzaq qiymətləri indeksi 127,2 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,6% çoxdur. Bundan əvvəl aylıq ifadədə qiymətlər il boyu azalırdı. Ötən ilin aprel ayı ilə müqayisədə qiymətlər 19,7% aşağı olub.

Bildirilir ki, dünyada ərzaq məhsullarının qiymətinin artmasına səbəb olan əsas amillər şəkər, ət və dənli bitkilərin, xüsusilə də düyünün kotirovkalarının artması olub.

Aprel ayında ətin qiymət indeksi 1,3% artsa da, illik ifadədə 6,1% azalıb. Lakin apreldə şəkər mart ayı ilə müqayisədə 17,6% baha olub. Eyni zamanda, şəkər kotirovkalarının artımı ardıcıl üç aydır ki, davam edir. Bu, Hindistan və Çində şəkər istehsalının azaldılması, eləcə də Tayland və Avropa İttifaqında aşağı istehsal templəri ilə bağlı proqnozlar fonunda baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031