bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hande Harmancı: “Pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi bitib”

9-05-2023, 13:00 5 dəfə baxılıb


“Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, COVID xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb.

“Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVID də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Digər tərəfdən genomika araşdırmaları davam etdirilməlidir. Bildiyimiz qədəri ilə Azərbaycan da bu istiqamətdə tədqiqatlar aparır. Təbii ki, bundan sonra da yenə pandemiyalar olacaq. Prosesləri yaxından izləməliyik ki, gələcəkdə ortaya çıxa biləcək hər hansısa pandemiyalara vaxtında müdaxilə edə bilək”.

Hande Harmancı koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi zərurətinə də aydınlıq gətirib.

O bildirib ki, bununla bağlı qərarı hər bir ölkə müstəqil olaraq verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031