bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMU TƏLƏBƏSİ ASİMAN ŞƏRİFLİNİ DAHA YAXINDAN TANIYAQ

14-05-2023, 17:40 944 dəfə baxılıb














Asiman Qalib qızı Şərifli 01.01.2003-cü ildə Quba rayonu 2-ci Nügədi kəndində anadan olub. 2008-ci ildə Quba rayonu II Nügədi kənd 3 nömrəli tam orta məktəbin
1-ci sinifinə qədəm qoyub. 2012-ci ildə Quba rayonu Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinə daxil olub. Yüksək bilik və bacarıqları ilə fərqlənən Asiman Şərifli 2019-cu ildə həmin məktəb-liseyin "xüsusi istedadlı" uşaqlar üçün olan 11-ci sinifini əla qiymətlərlə bitirib. Məktəb dövründə müxtəlif tədbir və yarışlarda iştirak edərək uğur qazanıb.

2019-cu ildə Bakı Mühəndislik Universitetinin ‘Riyaziyyat və İnformatika müəllimliyi’ ixtisasına daxil olub. Hələ məktəb vaxtından riyaziyyat və informatikaya marağının olduğunu söyləyən Asiman Şərifli müəllimlərindən aldığı ilhamla bu ixtisası sevərək seçdiyini qeyd edir. O universitetdə tədris olunan fənlərdə fəal iştirak edir və semestrləri uğurla başa vurur. Dövlət sifarişi üzrə təhsil alan Asiman Şərifli tələbə təqaüdü almaqla da digər tələbələrdən fərqlənir. 2022-ci ildə riyaziyyatçı tələbələr üçün Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Tələbələrin “Qış Düşərgəsi” -nin ("Winter Bootcamp") ilk iştirakçılarından olub. İxtisası olan informatikanı çox sevdiyindən müəyyən proqramlaşdırma dillərində biliklərə sahibdir və o ‘Front-End Development’ proqramı üzrə kursu uğurla bitirərək məzun olub. Boş zamanlarında müxtəlif veb dizaynları kodlara çevirərək, bu sahədəki təcrübəsini daha da artırır.

Riyaziyyatı dərindən öyrənmək, sadəcə məktəb proqramındakı riyaziyyatı deyil, ali riyaziyyatın incəliklərinə sahib olmaqla yüksək savad əldə etməyə çalışan və sözün əsl mənasında ‘sehirli’ olan bu elm sahəsində tətqiqatlar aparmaq istəyən Asiman Şəriflinin ilk elmi tədqiqatı 28-29 Aprel 2023-cü ildə keçirilən ‘Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 100-cü İldönümünə Həsr Olunmuş Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı’-nda ‘DİRECTİONAL FİELDS OF DİFFERENTİAL EQUATİONS COMBİNED WİTH THE EULER’S TECHNİQUE’ adlı BMU-nun Riyaziyyat və İnformatika kafedrasının müəllimi Kəmalə İsmayılovanın rəhbərliyi ilə yazdığı tezisi olub. 4-cü kurs tələbəsi olan Asiman Şərifli bu konfransda çıxış edərək sertifikat alıb.
Asiman Şərifli təhsilini magistratura və doktoranturada təhsil almaqla davam etmək və xalqımıza, dövlətimizə layiqincə xidmət etmək istədiyini bildirir. Redaksiyamız adından Asiman Şəriflini təbrik edir və akademik fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30