bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Rusiya geosiyasi baxımdan uduzub və bu dövlətin vassalına çevrilir" - Makrondan SƏRT AÇIQLAMA

15-05-2023, 09:58 0 dəfə baxılıb




Rusiya Federasiyası Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzub və indi Çinin vassal dövlətinə çevrilir".

Bu barədə Publika.az Fransa prezidenti Emmanuel Makronun "L'Opinion" qəzetinə verdiyi müsahibəsinə istinadla xəbər verir.

Makronun sözlərinə görə, Rusiya faktiki olaraq Çinin tabeçiliyinə keçib və həmçinin Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur edib. Bu səbəbdən Baltik dənizində onun üçün kritik əhəmiyyət kəsb edən əl azadlığını itirib.

“Cəmi iki il əvvəl belə bir şeyi təsəvvür etmək mümkün deyildi, amma bu gün bu, artıq geosiyasi məğlubiyyətdir", - Makron deyib.

O, Rusiyanın bu müharibədə hərbi müstəvidə qalib gəlməməli olduğunu və Avropanın ukraynalılara həm əks-hücumun hazırlanmasında, həm də baş tutacaq danışıqlar üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin hazırlanmasında kömək etməli olduğunu vurğulayıb.

"Avropa təhlükəsizliyinin arxitekturası tamamilə Ukraynaya şamil edilməlidir. O, həmçinin Rusiya ilə qarşıdurmanın olmamasını və sabit qüvvələr balansının bərpasını təmin etməlidir. Lakin bu hələ çox uzaqdadır", - Makron bildirib.

Xatırladaq ki, mayın 14-də Ukrayna prezidenti Volodimir Zelenski Fransaya səfər etməyi planlaşdırır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031